Xəzər dənizində baş verən hadisə nəticəsində həyatını itirən və meyidi tapılan, Ələt qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü İlham Əlihüseyn oğlu Qafarovla vida mərasimi keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru İlham Qafarov bu gün doğulduğu Hacıqabul rayonunun Atbulaq kəndində dəfn edilib. Dəfn mərasimində SOCAR rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, onun meyitini FHN-nin hadisə yerinə yollanan “Qarabağ” gəmisi ötən gün günorta saatlarında tapmışdı.
Qafarov İlham Əlihüseyn oğlu 6 mart 1967-ci ildə Ələt qəsəbəsində dünyaya gəlib. Üç uşaq atasıdır.
Qeyd edək ki, dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərin axtarışı davam edir.
Gülnaz Qənbərli
Gununsesi.info