75 ildir itkin düşən cütlük bu vəziyyətdə tapıldı

  • By admin
  • 19 İyul 2017 14:09

596f02ab67b0a92518b3cd64

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsveçrədə xizək sürən bir şəxs buzların içərisində yan-yana uzanmış iki cəsədə rast gəlib. Tsanfleuron aysberqində tapılan cəsədlərin 1942-ci ildə itkin düşən Marselin və Fransin Dumoilin cütlüyünə aid olduğu güman edilir.

Cəsədlərin üzərindəki geyimin 75 il əvvələ aid olduğu bildirilib. Bu isə onların Marselin və Fransin olması barədə fikirlərə zəmin yaradıb. Belə ki, 7 övlad sahibi olan cütlük 1942-ci ildə itkin düşüb. Onların buzların arasında donduğu və əridikdən sonra ortaya çıxdığı güman edilir.

Onların ən kiçik qızının 79 yaşı var və əgər cəsədlərin valideynlərinə aid olduğu isbat olunarsa, onları özlərinə layiq şəkildə dəfn etdirməyi düşünür.

Nəticələr DNT testi nəticəsində bəlli olacaq.

596f05b167b0a92518b3cd72

Gununsesi.info