“755 ABŞ diplomatı Rusiyanı tərk etməli olacaq” - PUTİN BELƏ DEDİ

  • By admin
  • 30 İyul 2017 22:37

putin_27466

ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”- deyə, V.Putin bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.

Gununsesi.info