78 nəfər içkidən zəhərləndi - ONLARDAN 16-SI DÜNYASINI DƏYİŞDİ

  • By admin
  • 01 Noyabr 2017 08:55

Ekvadorda iki gün ərzində 16 nəfər metanoldan zəhərlənərək ölüb, 62 nəfər tibbi yardım üçün xəstəxanalara müraciət edib. 

Gununsesi.info xəbər verir ki, kütləvi ölüm halları metil spirtin əsasında hazırlanmış saxta alkoqol içkilərin qəbulundan sonra qeydə alınıb.

Ekvadorda metanoldan zəhərlənmə halları ilk dəfə baş vermir. Belə ki, 2015-ci ildə analoji hadisə 25 nəfərin ölümünə səbəb olmuşdu.

Qeyd edək ki, güclü zəhərli maddə hesab edilən  metanol kimya sənayesində, əsasən formaldegid və müxtəlif efirlərin istehsalında istifadə edilir.

Gununsesi.info