
Qaxda intihar edən 13 yaşlı oğlanın ehtiyatsızlığın qurbanı olduğu məlum olub.
Bu barədə “Report”un Şimal-qərb bürosuna Əmbərçay kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, səkkizinci sinif şagirdi Süleyman Şəliyev fındıq bağında üçüncü sinifdə oxuyan bacısı ilə zarafat etmək istəyib. O, bacısına 8 gün öncə kənddə 28 yaşlı Elman adlı şəxsin özünü necə asmasını göstərmək istəyib və “bax, Elman özünü belə asmışdı” deyib. Bu zaman isə ip boğazına dolanıb və o, boğularaq ölüb.
Qeyd edək ki,18 avqust tarixində Əmbərçay kəndində 28 yaşlı Elman Camalov yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə özünü asaraq intihar etmişdi.
* * *
Qax rayonunda 13 yaşlı oğlan intihar edib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Əmbərçay kənd sakini 13 yaşlı Süleyman Hüseyn oğlu Şəliyev özünü fındıq ağacından asaraq intihar edib.
Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb və həkimlərin müayinəsi nəticəsində səkkizinci sinifdə oxuyan S.Şəliyevin artıq ölməsi məlum olub.
Faktla bağlı Qax rayon prokurorluğunda cinayət işi açılıb,araşdırma aparılır.
Gununsesi.info