83 yaşlı Berluskoni koronavirusdan sağaldı

  • By admin
  • 14 Sentyabr 2020 16:56

İtaliyanın sabiq Baş Naziri, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni koronavirusdan sağalıb.

Gununsesi.info-nun “ANSA”ya istinadən verdiyi xəbərə görə, 83 yaşlı siyasətçi Milanda müalicə aldığı xəstəxanadan evə buraxılıb.

O, ikinci mənfi test cavabını alana qədər özünü bir neçə gün evdə sosial həyatdan təcrid edəcək.

12 gün xəstəxanada müalicə alan Berluskoni ilk 3 günün ağır keçdiyini ifadə edib.

Xatırladaq ki, S. Berluskoninin COVID-19-a yoluxduğuna dair məlumat 2 sentyabrda yayılmışdı. İki gün sonra onun vəziyyəti ağırlaşmış və San-Raffale xəstəxanasına yerləşdirilmişdi.

Koronavirus onun sevgilisi və iki uşağında da aşkarlanmışdı.

 

 

Gununsesi.info