83 yaşlı qadın qəbiristanlıqda öldü

  • By Günel
  • 17 Mart 2025 21:45

Qəbiristanlığa yaxınlarının məzarını ziyarət üçün gedən 83 yaşlı qadın orada dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, hadisə Mingəçevirdə, Havarlı qəbiristanlığında qeydə alınıb.

Məlumata görə, vəfat edən şəxs 1942-ci il təvəllüdlü Nəbiyeva Şövkət Abbas qızıdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info