“7 iyun parlament seçkisində Ermənistanda səs haqqı olanların 85 faizi iştirak etmək niyyətindədir”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Real Partiyasının sabiq sədri İlqar Məmmədov Ermənsitanda keçiriləcək seçkiləri şərh edərkən deyib.
O bildirib ki, heç bir ölkədə 85 faizin qatıldığı səsverməni kimsə cürət edib saxtalaşdıra bilməz. Cəhdin qiyməti ona çox baha oturar.
“Sorğu həm də göstərir ki, seçicilərin 33 faizi Paşinyanın partiyasına səs vermək istəyir, 25 faizi niyyətini bildirmək istəmədi, 14 faizi qərarlaşmayanlardır, 10 faizin səsi isə Karapetyanın blokundadır. Beləliklə, ən maraqlısı o 25 faizlik qaranlıq hissədir. Onlar niyə öz mövqeyini açıqlamaqdan yayınır? 3-4 həftəyə bilinər”, – deyə o, həmçinin qeyd edib.
Qeyd edək ki, 7 iyun 2026-cı il Ermənistanda seçkilər keçiriləcək.
Orxan











