Əfsanəvi televiziya serialı “Star Trek”də kapitan Kirk obrazını canlandıran Uilyam Şetner şəxsi həyatı ilə gündəmə gəlib.
Gununsesi.org xəbər verir ki, 88 yaşlı aktyor məhkəməyə müraciət edərək 18 illik xanımı Yelizabet Şetnerdən boşanmaq istədiyini bildirib.
O, 4-cü həyat yoldaşından ayrılma səbəbi kimi münasibətlərinin qaydasında olmadığını, ailədaxili münaqişələrin artdığını göstərib.