92 ticarət markası “Made in Azerbaijan” brendi altında müəllif hüquqları ilə qorunur

  • Müəllif: admin
  • 12 Aprel 2017 20:46

Made in Azerbaijan

Azərbaycanın 92 ticarət markası “Made in Azerbaijan” brendi altında müəllif hüquqları ilə qorunur.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 940 standart mövcuddur: “Onlardan 45 faizi beynəlxalq standartlara uyğunlaşdırılıb”.

Ramiz Həsənov həmçinin qeyd edib ki, Komitə texniki reqlament haqqında qanun layihəsini Milli Məclisə təqdim edib.

Gununsesi.info