Bakının bu küçəsində parklanma ləğv edilir - FOTO

  • Müəllif: Firuzə
  • 16 Sentyabr 2025 14:11

Koroğlu Rəhimov küçəsinə paralel yerləşən və əsasən istifadəsiz qalan küçədə də birtərəfli hərəkətin təşkili nəzərədə tutulub.

Gununsesi.info -nun məlumatına görə, həmin yolun bir tərəfində parklanma ləğv ediləcək. Burada avtomobillər üçün geriyədönmə yerləri təşkil olunacaq.

 

Belə ki, Koroğlu Rəhimov küçəsindən “Gənclik” metro stansiyası istiqamətində getmək istəyən nəqliyyat vasitələri irəlidə – Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki geridönmə yerindən istifadə edərək fasiləsiz şəkildə Fətəli xan Xoyski küçəsinə daxil ola biləcəklər.