Tramp Suriya Prezidenti ilə görüşmək istəyir

  • Müəllif: Admin08
  • 19 Sentyabr 2025 21:13

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ilə görüşmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə “CBS News” telekanalının müxbiri Cennifer Ceykobs “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, görüşlə bağlı planlar hazırlanır.

Gununsesi.info