Türkiyə Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsinə başlamaq istəyir

  • Müəllif: admin
  • 03 Mart 2017 17:58

trend_ahmet_arslan_291116_02

Türkiyə Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsini həyata keçirmək niyyətindədir.

Gununsesi.info trend.az-a istinadən məlumat verir ki, bunu Qarsda olan Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi artıq başa çatır:

“Bu layihə Qars bölgəsinə də fayda verəcək. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən sonra İğdırdan Naxçıvana, İrana və Pakistana dəmiryolu çəkəcəyik”.

Ə.Arslan əlavə edib ki, bu məsələ İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən 13-cü sammitində də müzakirə olunub: “Bölgələrin yükünü Qarsdan Avropaya daşımaq niyyətindəyik”.

Gununsesi.info