Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb

  • Müəllif: Şəbnəm
  • 22 Sentyabr 2025 12:34

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə bu mərhələdə 29 ailə (115 nəfər) köçürülür.

Bununla da kəndə köçürülən ailələrin sayı 118-ə (671 nəfər) çatacaq.