Əfqanıstanda internet və mobil xidmət kəsilib

  • Müəllif: Şəbnəm
  • 30 Sentyabr 2025 10:51

Əfqanıstan Taliban hakimiyyətinin fiber optik şəbəkəni kəsməsindən sonra ölkədə internet və mobil telefon xidməti ikinci gün ərzində tamamilə dayanıb.

xarici mediaya istinadən xəbər verir ki, Taliban ayın əvvəlindən bəzi əyalətlərdə yüksək sürətli internet bağlantılarını məhdudlaşdırmağa başlamışdı.

Nəzarətçi təşkilat NetBlocks xidmətin qəsdən dayandırıldığını bildirib. 

Qeyd edək ki, Taliban rəsmiləri fiber optikanın kəsilməsindən əvvəl xəbərdarlıq etmişdi.

Onlar tədbirin ölkədə telekommunikasiya infrastrukturu üzərində böyük təsir göstərəcəyini qeyd etmişdi.

Onu da qeyd edək ki, 2024-cü ildə Kabildə inşa edilmiş 9,350 km-lik fiber optik şəbəkə isə ölkənin dünya ilə əlaqəsini gücləndirmək məqsədi daşıyırdı.

A general view shows a telecommunications antenna installed for internet services on the rooftop of a house in Kabul, late evening on September 29, 2025, following a nation-wide telecom outage. (AFP)

 

Şəbnəm

Gununsesi.info