
Neftçalada ikimərtəbəli evdə yanğın baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, rayonda vətəndaşa məxsus ümumi sahəsi 180 kvadratmetr olan səkkizotaqlı evin bir otağı əşyaları ilə birlikdə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












