Azərbaycan Basketbol Liqası: “Sabah” “Gəncə”ni məğlub edib

  • Müəllif: Admin08
  • 23 Oktyabr 2025 21:47

Azərbaycan Basketbol Liqasının IV turunda “Sabah” “Gəncə” ilə qarşılaşıb.

Gununsesi.info xəbər verir ki, Bakı İdman Sarayında keçirilən matç “bayquşlar”ın 87:68 hesablı qələbəsi ilə bitib.

“Sabah” A qrupunda 8 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 4 xalla üçüncüdür.

Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.

Gununsesi.info