Türkiyədə inşaat qəzası zamanı dağıntı olub

  • Müəllif: Admin08
  • 23 Oktyabr 2025 22:44

Türkiyənin Rize vilayətinin Çamlıhemşin rayonunda inşaat qəzası zamanı baş verən dağıntı nəticəsində 5 işçi xəsarət alıb.

Bu barədə Gununsesi.info yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, dərədə bərpa işləri zamanı beton qəliblər quraşdıran işçilər dağıntılar altında qalıblar. Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər, jandarm əməkdaşları cəlb olunub.

Yaralılar dağıntılar altından çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.