Ərdoğan Azərbaycana və bir sıra ölkələrə təşəkkür edib

  • Müəllif: Admin08
  • 30 Oktyabr 2025 20:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra dost və qardaş ölkələrə təşəkkürünü bildirib.

Gununsesi.info xəbər verir ki, Türkiyə lideri müvafiq mesajı “X” sosial şəbəkəsində paylaşıb.

Ərdoğan orada təbriklərini göndərən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarını da yerləşdirib.

Gununsesi.info