31 oktyabrda İsrail Müdafiə Qüvvələri Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Livanın cənubundakı Nəbatiyə bölgəsində “Radvan” qüvvələrinə aid bir yaraqlını zərərsizləşdirib.
Gununsesi.info-nun məlumatına görə, İsrail ordusunun sözçüsü bildirib ki, öldürülən şəxs İsrailə qarşı çoxsaylı terror hücumlarının təşkilində və “Hizbullah”ın hərbi infrastrukturunun bərpasında iştirak edib.











