Misir və Rusiya Rosatom ilə nüvə yanacağı müqaviləsi imzaladı

Misir və Rusiyanın dövlətə məxsus Rosatom şirkəti Misirin əl-Dəbaa nüvə stansiyası üçün nüvə yanacağı tədarükü və hərtərəfli əməkdaşlıq müqaviləsi imzalayıb.

Hökumətin çərşənbə günü yaydığı açıqlamada bildirilib ki, tərəflər arasında bağlanan müqavilə çərçivəsində Rosatom stansiya üçün nüvə yanacağı tədarük edəcək və layihənin müxtəlif aspektlərində əməkdaşlıq həyata keçiriləcək.

Bu addım Misirin nüvə enerjisi sahəsində strateji layihələrini dəstəkləmək və enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Günay

Gununsesi.info