Yasamalda yanğında zəhərlənən 4 nəfər özəl tibb müəssisəsinə təxliyə edilib

  • Müəllif: Ayshan
  • 25 Noyabr 2025 09:13

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən 4 nəfər könüllü olaraq özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, 1 nəfər isə Yeni Klinikaya təxliyə olunub.

Gununsesi.info