Medvedev Yıldırımla telefonla danışdı

  • Müəllif: admin
  • 09 Mart 2017 20:31

a3ecb786ac26aae06a706883c8d6ed3f

 

Rusiyanın baş naziri Dmitri Medvedevin türkiyəli həmkarı Binəli Yıldırımla telefon danışığı olub. APA-nın xəbərinə görə, bu barədə Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı zamanı energetika sahəsində birgə iri layihələr və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin sənaye və kənd təsərrüfatı mallarının iki ölkənin bazarlarına daxil olmasının asanlaşdırılmasına dair məsələləri müzakirə ediblər.

 

Gununsesi.info