
Dünyanın ən kök qadını olduğu təxmin edilən 36 yaşlı misirli İman Ahmed Abdulati keçən ay səfər etdiyi Hindistanın Mumbay şəhərində nə az, nə çox düz 100 kiloqram çəki itirib.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, məhz bundan sonra adıçəkilən qadın laparoskopik yolla uğurlu mədə əməliyyatı keçirib. Məlumatda qeyd olunur ki, misirli xanım düzgün pəhriz saxlamaqla və həkimlərin məsləhətlərinə əməl etməklə 1 ay ərzində 100 kq çəki verib.
Onu da nəzərinizə çatdıraq ki, Mumbay xəstəxanasının yetkililəri hazırda çəkisi 500 kq olan İman Ahmed Abdulatinin çəkisini 3 il ərzində 100 kq-dan aşağı salmağı planlaşdırırlar. Ən qəribəsi də odur ki, “Fil xəstəliyi” və ya elefantiazdan əziyyət çəkən Abdulati 25 il ərzində ilk dəfədir ki, evindən kənara çıxır.
Gununsesi.info









