“Böyük İpək yolu” pilot turizm layihəsi işə salınacaq

  • Müəllif: admin
  • 09 Mart 2017 22:12

boyuk ipekyolu turizm

Bu ilin aprelində Türk Şurası çərçivəsində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan keçən “Böyük İpək yolu” pilot turizm layihəsi işə salınacaq.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev öz “Facebook” səhifəsində yazıb.

M.İqaliyevin sözlərinə görə, bu layihə 12 gün davam edəcək.

O qeyd edib ki, marşrutun Qazaxıstan hissəsində turistlər Almatıya gələcək və burada Şımbulak dağ-xizək kurortuna, Koktobe və Kolsaya baş çəkəcək. Daha sonra onlar 2017-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş qədim Türküstan şəhərinə gedəcək.

Gununsesi.info