
ABŞ Fars körfəzindəki müttəfiqlərini ballistik raketlərlə təchiz edilməsi məsələsini nəzərdən keçirir.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Mərkəzi Komandanlığın (CENTCOM) rəhbəri general Cozef Votel deyib.
“Biz Fars körfəzindəki bəzi tərəfdaşlarımıza ballistik raketlərin tədarük imkanlarını nəzərdən keçiririk”, – deyə Votel Senatdakı dinləmələr zamanı bildirib.
Qeyd edək ki, İran bu gün və martın əvvəlində yeni ballistik raketlərini sınaqdan keçirib.
Gununsesi.info












