Körpünün uçması nəticəsində iki nəfər ölüb - VİDEO

  • Müəllif: admin
  • 10 Mart 2017 07:49

korpu ucub

İtaliyanın şimal-şərqində yerləşən Ankona şəhəri yaxınlığında avtomobil yolunun bir hissəsi olan körpü uçub.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, körpünün altından da “A14” avtomobil yolu keçdiyindən dağıntılar düz maşınlardan birinin üzərinə tökülüb.

Hadisə zamanı maşında olan iki nəfər ölüb. Bundan əlavə, Rumıniyadan olan daha iki nəfər yaralanıb.

Hazırda körpü və yol ilə avtomobillərin hərəkəti dayandırılıb.

https://www.youtube.com/watch?v=zcGi-4yY_Rc

Gununsesi.info