Sabah Ağdərənin 4 kəndinə ilk köç olacaq

  • Müəllif: Firuzə
  • 08 Yanvar 2026 21:10

Sabah Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq.

Gununsesi.info-nun məlumatına görə, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndlərə yola salınacaq.

Xatırladaq ki, 1993-cü ildə işğal olunan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub.

Gununsesi.info