“Türkiyə – Azərbaycan… Biri ürək, biri can!” - PROFESSOR AYGÜN ATTAR YAZIR

  • Müəllif: admin
  • 13 Mart 2017 12:40

aygun

 Türkiyədə fəaliyyət göstərən əslən azərbaycanlı elm xadimi, professor Aygün Attar sön dövrlər Türkiyə ətrafında baş verənlərə, Azərbaycanda bir qrup şəxsin mətbuatda və sosial şəbəkələrdəki anti-Türkiyə çıxışlarna tutarlı cavab yazıb.

Gununsesi.info A.Attarın sözügedən yazısını təqdim edir.

“Son dövrlər Türkiyədə,  ruhunu şeytana satmış bəzi araqarışdıranlar məqsədli və  ciddi şəkildə ictimai media və müxtəlif  TV kanallarından istifadə edərək, Azərbaycanı hədəf göstərməklə və bu qardaş ölkənin əleyhinə fikir formalaşdırmağa  cəhd edirlər.  Onsuz da bu haqda əvvəlki yazılarımdan birində  bu mövzunu gündəmə gətirmişdim.

Əslində, Türkiyədə dövlət idarəçiliyində və ictimaiyyətdə çox da rəğbət qazanmayan, hətta adı belə çəkilməyən bir neçə internet saytında yayımlanan  bu hədyanlara,  təəssüf ki, müxalifət  dəstək verir,  sanki burada ölkə gündəmini yalnız bu mövzular zəbt edibmiş kimi ədasıyla Azərbaycanda qabarıq formada təbliğ edilir.

Halbuki Türk xalqı, hər zaman olduğu kimi, yenə də Azərbaycanı özündən bir parça olaraq görürü. Türkiyədə idarəçilər də Azərbaycan rəhbərliyi ilə qardaşlıq bağları və qarşılıqlı əməkdaşlıq çərçivəsində  münasibətlərini davam etdirir.

15 İyul hadisələrindən  sonra sanki gizli bir əl, Türkiyə-Azərbaycan münasibətlərinin pozulması üçün səfərbərlik elan edib,  “Peşka”larını dövrəyə buraxıb.

Sovet İttifaqı dağılarkən  cərəyan edən hadisələrə aid ifadələr, nədənsə yenidən gündəmə gətirilib.  Rəhmətlik Özalın guya Azərbaycanı məzhəbi səbəbindən İrana daha yaxın görməsini, rəhmətlik Elçibəyin guya vaxtilə dediyi “Bir vertolyotu belə bizə vermədilər” “sözlərini”  boyat plov kimi isidərək “süfrəyə” gətirirlər. Hər iki tərəfdən kripto FETÖ-cü bir qrup, iki ölkə arasında mövcud olan qardaşlığı xəncərləmək üçün ciddi media sektorunda fəaliyyət göstərməkdədirlər. Çox təəssüf ki, siyasi iqtidardan məmnun olmayan digər qruplar da bu hiyləgər oyunda bilməyərəkdən  (bir qismi isə  bilərəkdən ) rol alıblar.

Azərbaycanda İlham Əliyevi, Türkiyədə Rəcəb Tayibb Ərdoğanı xaricdə pisləyən hər xəbərdən və  hər hansı ifadədədən  xoşbəxt olan və bunu sevincək eşitdirən bir ovuc yazığın gözləntisi,  Qərbin təqdim edəcəyi sözdə  demokratiyanın, Əfqanıstan, Misir, İraq və Liviya da özü ilə bərabər  nələri gətirdiyini də  hamımız eyni zamanda  gördük.

Vətənpərvərlik, çöldə önünə tutulan hər mikrofona ölkəni idarə edənlərdən şikayət etmək deyil;  vətənpərvərlik, daha yaxşı olduğunun sübutunu öz xalqına demokratik üsullarla təsdiq etdirməkdir.

Konkret olaraq nümunə verməm lazımdırsa, kiçik miqyaslı mitinq və ya toplantıları belə dava gurultusuyla başa çatdıra bilməyən, öz bazasına hakim ola bilməyən, Azərbaycandakı mövcud müxalifəti,  maraqlıdır ölkəni bu qədər regional problemləriylə məşğul olduğumuz çətin bir dövrdə necə idarə edəcəklər.

Qarabağ müharibəsində hər şeyini ortaya qoyaraq canından, qanından keçən qəhrəman qazilerimizin sıxışdırıldığı, üç-beş adam arasında sənədli mülk kimi paslanmış bir neçə müxalifətçinin  meydana gətirdiyi və iptidai üsullarla qarışıqlıq salma mədəniyyətinin davam etdirildiyi bu qruplar,  görəsən, ölkənin mənfəəti baxımından daha məhsuldar olan proqramlarla iqtidar partiyası ilə  masa arxasına keçib dialoqa  təşəbbüs  etdilərmi?

Türkiyədə, zamanında Azərbaycandan müxtəlif səbəblərlə deportasiya edilən və ya Azərbaycanda siyasi gözləntiləri reallaşmayan, fərdi mənfətləri  qarşılanmayanlardan  ibarət  mütəşəkkil bir qrup gözü dönmüş  şəkildə Azərbaycana və  ölkə rəhbərliyinə  hücum edirlər. Bürokratiyanın dostları  olan  bu qrup mənsubları, başda hörmətli Əliyev olmaqla, mühüm  vəzifələr daşıyan dövlət səlahiyyətlilərinə  Azərbaycanla bağlı səhv malumat  verməkdən qalmır, şəxsi münasibətlərdə xoşlanmadıqları şəxslərə, hətta həyatını Turan fəlsəfəsinin reallaşmasına həsr etmiş ziyalılara belə böhtan atmaqdan çəkinmirlər.

Təəssüf ki Türk mətbuatında da bunun nümunələrinə tez-tez rast gəlirik.

Türkiyə daxildə  vətənə xəyanətləri 15 İyul   dövlət çevrilişinə cəhdə təşəbbüsüylə  silahlanmış xain və hiyləgər bir terror təşkilatı ilə mübarizə aparmaqda,  digər tərəfdən xarici dövlətlər tərəfindən dəstəklənən PKK Terror Təşkilatının alçaq hücumlarına qarşı “Tək dövlət, tək bayraq, tək Millət” iddiasıyla  şəhidlər verərək, qəhərəanlıqla və qətiyyətlə davam etdirməkdədir. Hər iki terror qrupu da parallel olaraq,  müharibəylə  ölkəni bölmək, dövləti parçalamaq, Orta Şərq coğrafiyasında güclü Türkiyədən narahat olanları məmnun etmək üçün yəni əlaltılıq və nökərçilik etdikləri müdirləri üçün vətən xainliyibnə  utanmadan davam etdirməkdədirlər. Belə bir mühitdə, bəzilərinin Türkiyə-Azərbaycan əlaqələrinin pisləşməsinə  doğru  fəaliyyəti nəyi qarşısına məqsəd qoyur və kimə xidmət edir?

Dünyada Türkiyə ilə Azərbaycan qədər yaxın canciyər olan başqa bir dövlət olmadığı gerçəyindən yola çıxaraq, bu güruhun gərçək  məqsədinin nə olduğu gün kimi aydındır.

Azərbaycan, yalnız Qafqazda deyil, eyni zamanda dünyada tolerantlığın ən yüksək səviyyədə yaşandığı bir ölkədir.

Son 6 ay ərzində BMT Bakıda keçirilən  Bakı  Beynəlxalq  Humanitar Forumdan  sonra bu məqsədə xidmət edən iki əhəmiyyətli beynəlxalq toplantıya ev sahibliyi edən Azərbaycanı ən son ziyarət edən Roma Papası belə çıxışında etiraf etmək məcburiyyətində qaldı.

Torpaqlarının 20 faizi  Ermənistanın işğalına məruz qalan Azərbaycanın, Xocalı Soyqırımı başda olmaqla tarixi həqiqətləri ən sadə formada  izah etmək üçün bu arenaları müvəffəqiyyətli şəkildə istifadə  etdiklərini görürük. Aydındır ki,  Azərbaycan həqiqətlərinin təbliği bəzilərini narahat etmiş olacaq ki, bu təşkilatlara müxalif  münasibət  göstərmək üçün  vaxt itirmədən mətbuat vasitəsilə hücumlara  başladıldığını görürük.

Durmadan Qarabağın azad edilməsi, işğal altında olan torpaqların qaytarılmasını iqtidardan tələb edənlərin, bu mövzuyla bağlı  Azərbaycanın Prezidenti  İlham Əliyevin həyata keçirdiyi diplomatik səyləri  Kerry ilə eyni paraleldə qiymətləndirmələri ironik olmaqla bərabər, bu qrupların onların arxasında kı güclərlə əlaqədar də ipucu verməkdədir.

ABŞ və AB-dən mədət umanların, bu ölkələrin girdikləri ölkələri viran edərək xarabaya çevirdikləri gərçəyindən xəbərdar olmamaları mümkündürmü?

Türkiyəni Orta Şərqdə gücsüz və şapalaqaltı vəziyyətinə salmaq, hətta, Can Azərbaycanla belə düşmən etmək istəyənlər bacara bilməyəcəklər.

Bu fitnə-fəsad komandasına, əti dırnaqdan ayırmaq istəyənlərə şapalaq kimi cavab da Azərbaycan Prezidentindən  gəldi.

23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün Türkiyəyə gələn və Prezidentlər Kürsüsündə çıxış edən İ.Əliyev, Türkiyədə baş verən 15 İyul dövlət çevrilişinə  cəhd kimi çətin bir imtahan verərək çıxdığını və xalqın prezidenti Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşməsini böyük bir qəhrəmanlıq göstəricisi olmaqla bərabər , Türkiyənin bugününün və gələcəyinin qorunması kimi qiymətləndirdi.

Dünən İstanbulda etdiyi mükəmməl çıxışında, dünya dövlətlərinin gözü qarşısında tam dörd dəfə Türkiyə prezidenti Ərdoğana “qardaşım” deyə xitab edən İ.Əliyev, Azərbaycanın öz neft və təbii qazını dünya bazarlarına çatdırmaq üçün Türkiyə üzərindən bir çox layihə reallaşdırdığına işarə edərək, 45 milyard dollar dəyərindəki Cənubi Qaz Dəhlizi ətrafındakı  4 proyektlə Azərbaycan qazının dünya bazarlarına göndəriləcəyini izah etdi.

Cənubi Qaz Dəhlizinin ən əhəmiyyətli parçalarından biri olan Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) ilk imzasının 2012-ci ildə İstanbulda Türkiyə və Azərbaycan prezidentləri təfindən  atıldığını xatırladan Əliyev, “TANAP razılaşması, tarixi bir razılaşmadır. Digər əhəmiyyətli layihələrə bənzəmir. Gələcəkdə bir çox ölkələr  bu əhəmiyyətli proyektə iştirak edə bilərlər” deyə, bildirdi. İ.Əliyev, TANAP-ın xüsusilə, ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacağına diqqət çəkərək bildirdi ki,  Türkiyə ilə Azərbaycan arasında enerji təhlükəsizliyini təmin edəcək infrastrukturu yaratdıq. “Qarşılıqlı mənfəət və maraqlarımız istiqamətində bunu başarırıq. Türkiyəyə etdiyimiz investisiyanın miqdarı  20 milyard dollar olacaq”-, dedi. Azərbaycan Prezidenti  dünyanın gözünün içinə baxaraq, Azərbaycanın və Türkiyənin bütün duyğularına tərcüməçi olduğu o mükəmməl mesajla son nöqtəni qoydu: “Türkiyə ilə bizim dostluğumuz, birliyimiz, qardaşlığımız əbədidir!”.

Bu çıxış  əllərini ovuşduraraq, pusquda  duranlara çox gözəl bir şapalaq oldu…

Əliyevin zadəganlıq, qardaşlıq və vəfa nümunəsi olan bu çıxışından sonra özü də, sözü də hələ çox danışılacaq.

Enerji Konqresində Ərdoğanla Əliyevin qol-qola, əl-ələ,  elə mətbuat qarşısında bir-birləri  haqqında söylədikləri sevgi,  hörmətdolu ifadələr Türkiyə-Azərbaycan münasibətlərinə öz müdhiş müsbət enerjisini qatd,ı yəni məqsədinə nail oldu.

“Allah daimi etsin”-, demək düşər  Can Azərbaycanın və Ürek Türkiyənin dik duruşlu dövlət başçıları Ərdoğan və Əliyevin birlikdə verdiyi  dostları sevindirən, düşmənləri kədərə qərq edən bu möhtəşəm mesajlarına…

Hey, siz – ortalığı qarışdırmağa cəhd edən qafillər! Səylərinizə baxmayaraq, sizlərə inad, bir olacağıq, iri olacağıq, diri olacağıq.

Türkiyə – Azərbaycan… Biri ürək, biri can!”

Gununsesi.info