Pop kraliçası vəfat edib

  • Müəllif: admin
  • 13 Mart 2017 16:18

pop
1970-ci illərdə ABŞ-da Sledc soyadlı dörd bacı tərəfindən qurulan məhşur “Sister Sledc” qrupunun üzvü Coni Sledc 60 yaşında həyatını itirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sister Sledc” qrupunun meneceri Biff Varren bildirib ki, müğənninin cəsədi cümə günü bir dostu tərəfindən Arizona Phonebc şəhərindəki evində tapılıb.

C. Sledcinin xəstə olmadığını deyən Biff Varren onun ölüm səbəbinin hələ bilinmədiyini qeyd edib.

Sosial şəbəkədə “Sister Sledc” qrupunun ifaçıları müğənninin ölümünə pis olduqlarını və onun üçün darıxacaqlarını yazıblar.

Qeyd edək ki, “Sister Sledc” qrupu dünyada “We are Family” adlı mahnıyla tanınır.

Anar
Gununsesi.info