Rusiya Hərbi-Dəniz Donanması nümayəndə heyəti ölkəmizdə səfərdədir

  • Müəllif: admin
  • 15 Mart 2017 08:49

rusiya donanmasi

Rusiya Hərbi-Dəniz Donanması Baş Komandanlığının nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətinə HDD-nin Döyüş Hazırlığı İdarəsinin rəisi kontr-admiral Viktor Koçemazov başçılıq edir. Qonaqlar Bakıda “Dəniz Kuboku-2017” müsabiqəsinin beynəlxalq mərhələsinə hazırlıq işlərinin müzakirə ounacağı konfransda iştirak edəcəklər.

Müsabiqənin detalları Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanlığının nümayəndələri ilə birgə işlənib hazırlanacaq.

“Dəniz Kuboku-2017” 1-10 avqust tarixlərində Azərbaycanda keçiriləcək.

Həmçinin Rusiya nümayəndə heyətinin Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin bazasına getməsi planlaşdırılır.

Gununsesi.info