Hulusi Akar: “İncirlik” bazası Türkiyənin nəzarətindədir

  • Müəllif: Firuzə
  • 04 Mart 2026 14:27

Türkiyənin keçmiş müdafiə naziri, hazırda parlamentin Müdafiə Komitəsinin sədri Hulusi Akar “İncirlik” hərbi bazası ilə bağlı danışıb.

Gununsesi.info  xəbər verir ki, o, bazanın bütünlüklə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olduğunu deyib:

Orada ABŞ və digər müttəfiqlər – Qətər, Səudiyyə Ərəbistanı, Almaniya, İspaniya və s. yalnız qonaq statusunda iştirak edirlər”.

Akar qeyd edib ki, İran “İncirliy”i ABŞ hərbi bazası saymamalıdır:

“Hər kəs bilməlidir ki, “İncirlik” hərbi bazasına qarşı istənilən, o cümlədən İranın müdaxiləsi baş verməməlidir”.

Gununsesi.info