Nazarbayevin Azərbaycana səfərinin tarixi və proqramı açıqlandı

  • Müəllif: admin
  • 15 Mart 2017 15:18

nazarbayev gelir

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin vaxtı məlum olub. 

Qazaxıstanın Azərbaycandakı səfirliyindən Gununsesi.info-ya verilən məlumata görə, N. Nazarbayev aprelin 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər zamanı iki ölkə arasında 4 sənədin imzalanması nəzərdə tutulur.

Məlumata görə, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat sahəsində əməkdaşlıq, eləcədə nadir bitki növlərinin qorunması haqqında saziş imzalanacağı nəzərdə tutulur.

Həmçinin ölkələr arasında daşınan bitkilərin karantinə salınması barədə saziş də hazırlanır.

Mürtəza

Gununsesi.info