Qubada kişi əvvəl arvadını, sonra özünü öldürüb

  • Müəllif: Firuzə
  • 18 Mart 2026 23:23

Martın 18-də Quba rayonunun Zizik kəndində ağır cinayət hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun şimal bürosunun verdiyi məlumata görə, 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.

Hadisədən qısa müddət sonra Ceyhun Ağasiyevin həyatına son qoyduğu aşkar edilib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır, hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.(APA)

Gununsesi.info