Marketlərin birində artıq Novruz bayramında yandırıla biləcək tonqallar da hazır formada satılır.
Bu barədə paylaşımı şair Şəhriyar del Gerani edib.
Gununsesi.info xəbər verir ki, Şəhriyar del Gerani bu barədə deyib:
“Şəkərburanı satdınız, dinmədik, paxlavanı satdınız, dinmədik, səmənini – Allahın səmənisini satdınız, yenə də dinmədik. Heç olmasa, bunu satmayın. Tonqalı da satarlarmı? Adam da odu satarmı heç? Bu gün-sabah, haşa! – bütövlükdə Novruz bayramını satsanız, təəccüblənmərəm”.
O, həmçinin bildirib:
Hər şey bir yana, qiyməti də od qiymətinə – 18 manat 89 qəpik. Öz aramızdı, 18 manat 89 qəpik çoxdur. Olsa-olsa 1 manat, manat yarım qiyməti var bu maketin. Üstündə yanacaq və fənərli alışqan da versələr, 4 manat. Üstündən tullanmağa həvəs də versələr, 5 manat”.
Orxan












