İran BƏƏ-dən təzminat tələb etdi

  • Müəllif: Firuzə
  • 19 Mart 2026 11:01

İran ABŞ-nin Əmirlik ərazisindən İslam Respublikasına endirdiyi zərbələr nəticəsində yaranan ziyana görə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) təzminat tələb edir.

Gununsesi.info  xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Saeed İravani BMT-nin baş katibi Antonio Quttereşə ünvanladığı məktubda yazıb.

“NourNews” məktubdan sitat gətirir: “Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq arenadakı qanunsuz hərəkətləri onların beynəlxalq hüquqi məsuliyyətinə səbəb olub və İrana dəyən bütün maddi və qeyri-maddi zərərlərə görə kompensasiya da daxil olmaqla, kompensasiya tələb edir”.

Gununsesi.info