Qaxda 52 yaşlı kişi hamamda yıxılaraq ölüb

  • Müəllif: Firuzə
  • 21 Mart 2026 21:51

Qax şəhərində 52 yaşlı kişi hamamda yıxılaraq ölüb.

Gununsesi.info “report”a istinadla xəbər verir ki, hadisə fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, şəhər sakini – 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlu yaşadığı mənzilin hamam otağında yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.