Rusiya Xarkovu vurdu, ölənlər var

  • Müəllif: Firuzə
  • 03 Aprel 2026 19:34

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Dron düşməsi nəticəsində bir neçə avtomobil yanıb, iki tibb müəssisəsinə ziyan dəyib.

Vilayət rəhbəri qeyd edib ki, Xarkova hücumlar artıq üç gündür davam edir.

Gununsesi.info