Ararat Mirzoyan Brüsselə işgüzar səfər EDƏCƏK

  • Müəllif: Firuzə
  • 13 Aprel 2026 23:10

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 14-də Belçikaya işgüzar səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

Məlumata görə, Mirzoyanın Avropa İttifaqından (Aİ) olan tərəfdaşları, o cümlədən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşləri planlaşdırılır.

Gununsesi.info