3,8 milyon dollara qəsəbə satılır - BURADA CƏMİ 2 NƏFƏR YAŞAYIR

  • Müəllif: admin
  • 16 Mart 2017 21:03

satilik-kasaba

ABŞ-ın Oregon əyalətində yerləşən Tiller qəsəbəsi 3,8 milyon dollara satışa çıxarılıb.

Gununsesi.info “Milliyet”ə istinadən xəbər verir ki, adıçəkilən qəsəbədə cəmi 2 nəfər yaşayır. Qeyd edək ki, Portland şəhərinin 362 kilometr cənubunda yerləşən qəsəbənin böyük bir hissəsində məskunlaşma yoxdur.

Onu da nəzərinizə çatdıraq ki, satışa çıxarılan mülklər arasında altı ev, bir villa, bir yanacaqdoldurma məntəqəsi və bir dükan var. Həmin qəsəbənin ətrafında isə təxminən, 250 nəfər yaşayır. Lakin əhalinin əhəmiyyətli bir hissəsi taxta-şalban istehsalındakı tənəzzül, eyni zamanda qəsəbədəki müəssisələrin əksəriyyətinin fəaliyyətini dayandırması səbəbindən başqa yerlərə köç edib.

Verilən məlumata görə, Tiller qəsəbəsi ilk dəfə 2015-ci ildə satışa çıxarılıb. Ancaq həmin vaxt orta məktəb binası satışda olan obyektlər siyahısına daxil edilməyib. Hazırda qəsəbədə biri məktəbin yanındakı evdə qalan təqaüdçü müəllim, digəri isə kilsənin keşişi olmaqla yalnız iki nəfər yaşayır. Qeyd edək ki, bu ana qədər qəsəbə ilə maraqlananlar arasında çinli investorlar və sağlamlıq mərkəzi qurmaq istəyən sahibkarlar var.

Gununsesi.info