
Bildiyiniz kimi, bu gün ölkə başçısı İlham Əliyev 423 dustağın əfv edilməsi barədə sərəncam imzalayıb. Qeyd edək ki, onlardan 412 nəfəri cəzaçəkmə yerindən azadlığa buraxılıb. 2 məhkuma ömürlük cəza müddətli cəza ilə əvəz olunub.
Onu da nəzərinizə çatdıraq ki, əfv olunanların siyahısında vicdan məhbusu, blogger Əbdül Əbilov da var.
O, bu gün Gununsesi.info-nun redaksiyası ilə əlaqə saxlayıb və azadlığa çıxması ilə bağlı xəbəri yeni aldığını vurğulayıb.
Əbdül Əbilov bildirib ki, bu xəbər həm onun, həm ailəsinin, həm də digər doğmalarının hədsiz sevincinə səbəb olub. Bununla belə, blogger onunla birgə cəza çəkən İlkin Rüstəmzadənin və digər siyasi məhbusların adının bu siyahıya düşməməsinə görə üzüntüsünü ifadə edib.
Gununsesi.info












