
İranda gecə klubuna gələn 121 qız və oğlan həbs olunub.
Gununsesi.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Tehranın Pərdis məntəqəsinin prokuroru Heydər Fəttahi məlumat verib.
Onun sözlərinə görə, əməliyyat “Sepah” və hüquq-mühafizə orqanları ilə birgə keçirilib.
Prokuror bildirib ki, “Sepah” və hüquq-mühafizə qüvvələri Pərdis məntəqəsindəki evlərdən birində gənc qız və oğlanların bir araya gəlib birlikdə əylənməsi haqda məlumat alan kimi həmin evdə birgə əməliyyat keçiriblər:
“Əməliyyat nəticəsində musiqi səsləndirərək, birlikdə rəqs edən və alkoqollu içkilərdən istifadə edən 121 qız və oğlan tutulub. Tutulanlar sosial şəbəkələr vasitəsilə bir-biri ilə tanış olaraq bu kampaniyaya dəvət olunublar. Evdə yoxlama aparılıb, 20 litrdən artıq alkoqullu içkilər aşkarlanaraq götürülüb”.
Gununsesi.info












