Ceyhun Bayramov Kaya Kallası qarşılayıb

  • Müəllif: Admin2
  • 05 May 2026 14:21

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır.

“Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, – paylaşımda vurğulanıb.

Gununsesi.info