Ukrayna Baltikyanı ölkələrin özlərini PUA-lardan qorumağa kömək etmək istəyir

  • Müəllif: Orxan
  • 08 May 2026 16:39

Kiyev Baltikyanı ölkələrdə hava təhlükəsizliyinin gücləndirilməsinə kömək etmək üçün Ukrayna hərbi mütəxəssislərini göndərməyi nəzərdən keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi bu qərarı Latviyada iki dron qəzasından sonra verib.

Sibiqa əlavə edib ki, Ukrayna oxşar hadisələrin təkrarlanması riskini minimuma endirmək üçün çalışır və əgər istintaq dronların Ukraynaya məxsus olduğunu və Latviyaya doğru səhv istiqamətləndirildiyini təsdiqləsə, Kiyev “latış dostlarımızdan ən səmimi üzrlərini diləyəcək.

Maqsud

Gununsesi.info