Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötdü

  • Müəllif: Firuzə
  • 13 May 2026 19:29

Səudiyyə Ərəbistanına Həcc ziyarətini icra etmək məqsədilə gedənlərin sayı 860 mini keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi krallığın həcc və ümrə naziri Taufiq bin Fauzən Əl-Rabiənin sözlərinə istinadən xəbər yayıb.

Təşkil olunan mətbuat konfransında çıxış edən nazir bildirib ki, indiyədək ölkəyə daxil olan zəvvarların 820 mindən çoxu hava nəqliyyatından istifadə edib.

Quru sərhəd-keçid məntəqələri vasitəsilə gələnlərin sayının 35 mini keçdiyini vurğulayan nazir, dəniz yolu ilə səfər edənlərin isə 4 mindən artıq olduğunu qeyd edib.

Nazir Əl-Rabiə əlavə edib ki, ümumi zəvvarların 240 mindən çoxu “Məkkə Yolu” layihəsi çərçivəsində ölkəyə gəlib. Bu layihə zəvvarların sərhəd və gömrük prosedurlarını asanlaşdırmaq məqsədi daşıyır./Oxu.az

Gununsesi.info