Professor Mahirə Nağıqızı dediyi “Ləlöyün” sözünə aydınlıq gətirdi - Təhrif edilib

  • Müəllif: Orxan
  • 26 May 2026 10:39

Bir neçə gündür ki, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının çıxış zamanı işlətdiyi “ləlöyün” sözü müzakirələrə səbəb olub.

Daha dəqiq, “Oxu.az” saytı filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının “Ləlöyün” ifadəsi ilə bağlı dediklərini təhrif edib.

Bununla bağlı müzakirələrdə professor haqqında tənqidi fikirlər də yer alıb.

Məsələ ilə bağlə Gununsesi.info-ya açıqlamasında Mahirə Nağıqızı həmin fikirlərinin təhrif olunduğunu bir daha təsdiqləyib.

Belə ki, professor, əslində, ana dilində unudulan və ya gündəlik danışıqda qalan sözlərin yenidən ədəbi dilə qaytarılmasının vacibliyindən danışıb.

Onun fikrincə, bəzi sözlər var ki, onları başqa ifadə ilə tam əvəz etmək olmur və həmin sözlər dilin ruhunu yaşadır.

Professor çıxışında “ləlöyün” sözünü nümunə gətirərək bu cür ifadələrin poeziya və nəsrdə yenidən işlədilməsinin zamanının çatdığını bildirib.

Üstəlik, o qeyd edib ki, alınma sözlərin istifadəsindənsə, o öz dialektimizdə, arxaik sözlərimizdə bu sözlər var, onlardan istifadə etmək lazımdır.

Orxan Saffari

Gununsesi.info