Qızdırıcı partladı - 30 yaşlı gənc xəstəxanalıq oldu

Gəncədə evdə bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.(Qafqazinfo)

Gununsesi.info