ABŞ sanksiyalarının qüvvəyə minməsindən sonra Avropa şirkətləri Kubadan çıxırlar

  • Müəllif: Orxan
  • 05 İyun 2026 11:08

Avropa şirkətləri ABŞ sanksiyaları riski səbəbindən Kubadakı fəaliyyətini dayandırır.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

5 iyun tarixində ABŞ-nin yeni sanksiyaları Kubanın dövlət qurumları, xüsusən də GAESA hərbi konqlomeratı ilə iş görən xarici şirkətlərə qarşı qüvvəyə minib.

Sanksiyalar paketi ABŞ prezidentinin Kuba prezidenti Migel Dias-Kanel rejimini devirmək üçün genişmiqyaslı kampaniyasının bir hissəsidir, lakin Aİ-ni də bu mübarizəyə cəlb etmək riski daşıyır.

“Politico” yazır ki, aktivlərin dondurulması və ABŞ maliyyə sistemindən kənarlaşdırılması riski ilə üzləşən Avropa şirkətləri, gəmiçilik və logistikadan tutmuş enerji və kənd təsərrüfatına qədər sektorlarda fəaliyyət göstərən şirkətlər, adadakı aktivlərini ümidsiz şəkildə boşaldır və oradan çıxmağa tələsirlər.

Maqsud

Gununsesi.info