Ərdoğan Fransanın əfsanəvi futbolçusuna qol vurub - VİDEO

  • Müəllif: admin
  • 20 Mart 2017 20:24

erdogan qol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və futbolçular arasından maraqlı anlar yaşanıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Fransanın əfsanəvi futbolçusu Marsel Desaillinin qoruduğu qapıya qol vurub.

Bu il ikincisi təşkil edilən Futbol Zirvəsində iştirak edən Ərdoğanın qolu alqışlarla qarşılanıb. Prezident qol vurarkən onu Arda Turan, Emrə Belözoğlu, Kristian Vieri, Fatih Terim izləyib.

Türkiyə prezidenti futbola xüsusi həvəsi olan siyasətçilərdən hesab edilir.

Gununsesi.info