1200 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 1200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən bildirilib.

Məlumata görə, şəhər ərazisində 159 mm-lik yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 13:00-dan etibarən 1200 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi gözlənilir.

Gununsesi.info